Qelebə.az / Super Liqa: “Qalatasaray” darmadağın oldu

Super Liqa: “Qalatasaray” darmadağın oldu

Dünən, 22:49

Türkiyə Super Liqasında XXXII turun oyunları davam edir.

QELEBE.AZ xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma keçirilib.

Lider "Qalatasaray" səfərdə "Samsunspor" ilə qarşılaşıb. Beş qolun vurulduğu matçda ev sahibləri rəqibini 4:1 hesabı ilə məğlub edib.

"Fənərbaxça" doğma azarkeşləri önündə "Başakşəhər" ilə üz-üzə gəlib. “Sarı-lacivərdlilər” bu oyunda 3:1 hesablı qələbə qazanıb.

"Trabzonspor" isə "Göztəpə" ilə matçda heç-heçə edib – 1:1.

Geri qayıt