Qelebə.az / Millimiz Bosniya və Herseqovinaya qalib gəlib

Millimiz Bosniya və Herseqovinaya qalib gəlib

Bu gün, 09:26

Minifutbol üzrə milli komandamız Monteneqronun Herçeq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib. 

QELEBE.AZ xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşmada 6:1 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, komandamız burada Monteneqro və Qazaxıstan seçmələrinin iştirakı ilə keçiriləcək miniturnirdə də qüvvəsini sınayacaq.

Geri qayıt