"İnter" baş məşqçisi Kristian Çivu ilə bağlı qərarını verib.
QELEBE.AZ xəbər verir ki, klub onunla əməkdaşlığı davam etdirmək niyyətindədir.
Tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqların son mərhələsindədirlər.
Yeni sözləşmə 2028-ci ilə qədər qüvvədə olacaq. Mütəxəssis illik 4 milyon avro qazanacaq.
Müqavilənin cari mövsümün sonunda imzalanması gözlənilir.
Qeyd edək ki, "İnter" dünən İtaliya A Seriyasının qalibi olub.