Qelebə.az / Millimiz Qazaxıstan yığması ilə qarşılaşacaq

Millimiz Qazaxıstan yığması ilə qarşılaşacaq

Bu gün, 15:16

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

Apasport.az xəbər verir ki, millimiz hazırlıq dönəmində mayın 7-də və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Millimizə dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

Geri qayıt