Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşə bilər.
QELEBE.AZ xəbər verir ki, final seriyasının üçüncü oyununda “Sabah” “Abşeron Lions”la qarşılaşacaq.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
“Sabah” qələbə qazanarsa, ölkə çempionu adına sahib çıxacaq.
Qeyd edək ki, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq. Aktivində 2 qalibiyyət olan "Sabah" üstündür.