Qelebə.az / 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb

14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb

Bu gün, 13:43

Azərbaycanda seleksiya əsasında seçilmiş 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışına start verilib.

QELEBE.AZ xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində başlayıb.

Bir ay davam edəcək toplanışa ümumilikdə 16 idmançı cəlb olunub. Məşqlərə yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi rəhbərlik edir.

Toplanış müddətində özünü yaxşı tərəfdən göstərən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara dəvət olunması nəzərdə tutulub.

Qeyd edək ki, təlim-məşq proqramına uyğun olaraq, həm fiziki, həm də texniki hazırlıq üzrə məşqlər həyata keçirilir.

Geri qayıt