"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.
QELEBE.AZ xəbər verir ki, "ağ-qaralar" B qrupunda Polşa yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 22:13.
"Neftçi" bu gün Çin millisi ilə də üz-üzə gələcək.
Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.