Qelebə.az / "CBC Sport" yarımfinal matçını niyə yayımlamayıb? - RƏSMİ BƏYANAT

"CBC Sport" yarımfinal matçını niyə yayımlamayıb? - RƏSMİ BƏYANAT

Bu gün, 13:04

“CBC Sport” telekanalının bəyanat yayıb.

Apasport.az xəbər verir ki, telekanal Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Bavariya” - PSJ qarşılaşmasının yayımlanmamsına aydınlıq gətirib.

"Əziz və hörmətli futbol azarkeşləri,

mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayern Münhen” – PSJ qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.

Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.

Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.

Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk.

Hörmətlə, "CBC Sport".

Geri qayıt