Qelebə.az / Bizon Azərbaycan Kubokunda finala doğru: Bütün finallar

Bizon Azərbaycan Kubokunda finala doğru: Bütün finallar

Bu gün, 12:58

Peşəkar Futbol Liqası 1992-ci ildən bəri keçirilən futbol üzrə Azərbaycan Kubokunda bütün finalları barədə məlumat yayıb.

Apasport.az xəbər verir ki, kubokun ilk qalibi “İnşaatçı”, son çempion isə “Sabah”dır.

Qeyd edək ki, “Sabah” və “Zirə” arasında oynanılacaq final qarşılaşması mayın 13-də “Neftçi Arena”da baş tutacaq. Görüşün start fiti saat 20:00-da səslənəcək.

34 il ərzində ən çox çempionluq qazanmış komanda “Qarabağ”dır - 8 dəfə. “Neftçi” isə 6 dəfə çempion olub. Hazırda turnir cədvəlinin 11-ci pilləsində yerləşən “Qəbələ” isə azarkeşlərinə 2 dəfə kubok sevinci bəxş edib.

Azərbaycan Kuboku: Bütün finallar

1992 “Kür” - “İnşaatçı” (Bakı) 1:2

1993 “İnşaatçı” (Sabirabad) - “Qarabağ” 0:1

1993/1994 “Kəpəz” - “Xəzər” (Lənkəran) 2:0

1994/1995 “Neftçi” - “Kür-Nur” 1:0

1995/1996 “Neftçi” - “Qarabağ” 3:0

1996/1997 “Kəpəz” - “Xəzri” 1:0

1997/1998 “Kəpəz” - “Qarabağ” 2:0

1998/1999 “Şəmkir” - “Neftçi” 0:0, pen. 3:5

1999/2000 “Kəpəz” - “Qarabağ” 2:1

2000/2001 “Şəfa” - “Neftçi” 2:1

2001/2002 Yarımçıq qalıb

2002/2003 Keçirilməyib

2003/2004 “Şəmkir” - “Neftçi” 0:1

2004/2005 “İnter” - “Bakı” 1:2

2005/2006 “Qarabağ” - “Karvan” 2:1

2006/2007 “Xəzər-Lənkəran” - “MKT-Araz” 1:0

2007/2008 “Xəzər-Lənkəran” - “İnter” 2:0

2008/2009 “İnter” - “Qarabağ” 0:1

2009/2010 “Xəzər-Lənkəran” - “Bakı” 1:2

2010/2011 “Xəzər Lənkəran” - “İnter” 1:1, pen. 4:2

2011/2012 “Neftçi” - “Bakı” 0:2

2012/2013 “Neftçi” - “Xəzər Lənkəran” 0:0, pen.5:3

2013/2014 “Qəbələ” - “Neftçi” 1:1, pen. 2:3

2014/2015 “Qarabağ” - “Neftçi” 3:1

2015/2016 “Qarabağ” - “Neftçi” 1:0, ə.v.

2016/2017 “Qarabağ” - “Qəbələ” 2:0

2017/2018 “Keşlə” - “Qəbələ” 1:0

2018/2019 “Qəbələ” - “Sumqayıt” 1:0

2019/2020 Yarımçıq qalıb

2020/2021 “Keşlə” - “Sumqayıt” 2:1

2021/2022 “Qarabağ” - “Zirə” 1:1, pen.4:3

2022/2023 “Qəbələ” - “Neftçi” 1:0 ə.v.

2023/2024 “Qarabağ” - “Zirə” 2:1

2024/2025 “Sabah” - “Qarabağ” 3:2, ə.v.

2025/2026 “Sabah” - “Zirə”

Geri qayıt