"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsinə qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" B qrupunda Polşa yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb - 22:13.
"Neftçi" növbəti matçda Çin millisi ilə üz-üzə gəlib. Təmsilçimiz 19:17 hesablı qələbəyə sevinib.
Azərbaycan komandası 1/4 final oyununda sabah, Bakı vaxtı ilə saat 12:15 də Monqolustan yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.