Qelebə.az / Afrikalı futbolçu İspaniyaya qayıda bilər

Afrikalı futbolçu İspaniyaya qayıda bilər

Dünən, 19:28

"Əl-Əhli"nin futbolçusu Frank Kesye karyerasını yenidən Avropada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 29 yaşlı oyunçu ilə "Atletiko" yaxından maraqlanır.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Madrid təmsilçisi Fil Dişi Sahili millisinin üzvü üçün müqavilə irəli sürüb.

Onun “Əl-Əhli” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Kesye karyerası ərzində “Atalanta”, “Çezena”, “Milan” və “Barselona” klublarında çıxış edib.

Geri qayıt