Qelebə.az / FİFA açıqladı: "Neftçi"nin transfer qadağası götürüldü

FİFA açıqladı: "Neftçi"nin transfer qadağası götürüldü

Dünən, 23:43

FİFA "Neftçi"yə tətbiq etdiyi transfer qadağasını aradan qaldırıb. 

QELEBE.AZ xəbər verir ki,"Neftçi" tərəfindən bütün prosedurlar tamamlanıb və klubun hər hansı borc öhdəliyi qalmayıb. 

Qeyd edək ki, daha əvvəl FIFA tərəfindən "Neftçi"yə 3 "pəncərəlik" transfer qadağası tətbiq olunmuşdu.

Klubdan verilən açıqlamada buna səbəb kimi Alessio Kurçinin transferi zamanı texniki gecikmə nəticəsində yaranmış ödəniş problemi göstərilmişdi.

Geri qayıt