Qelebə.az / Roland Hofer: “Maraqlı yarış keçməsini arzulayıram”

Roland Hofer: “Maraqlı yarış keçməsini arzulayıram”

Bu gün, 14:20

“Bu yarışın çox böyük sponsorları var”.

QELEBE.AZ xəbər verir ki, bu sözləri Bakı–Xankəndi Velosiped Yarışının texniki direktoru Roland Hofer deyib.

Onun sözlərinə görə, mayın 10-da start götürəcək turnirdə ilk dəfə aralıq sprint mərhələsi də keçiriləcək:

“Yarışda 20 ölkədən 24 komanda iştirak edir və bu, 4 qitəni əhatə edir. Sözün həqiqi mənasında beynəlxalq yarışdır. Bütün dünya mübarizəni Eurosport vasitəsilə izləyəcək. Ümid edirəm ki, yarış maraqlı keçəcək və qəzasız başa çatacaq”.

Geri qayıt