İngiltərə Premyer Liqasında aprelin ən yaxşı baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada "Mançester Siti"ni çalışdıran Pep Qvardiola layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssis azarkeşlərin səslərinə əsasən qalib olub.
Qeyd edək ki, "Mançester Siti" ötən ay Premyer Liqada keçirdiyi üç oyunun hər birində qələbə qazanıb.