Qelebə.az / 9 taekvondoçumuz Avropa çempionatında çıxış edəcək

9 taekvondoçumuz Avropa çempionatında çıxış edəcək

Bu gün, 17:05

Mayın 11-dən 14-dək Almaniyanın Münhen şəhərində taekvondo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, milli komandamızın üzvləri yarışda iştirak etmək məqsədilə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın məşqçiləri Günay Zeynalova və Səbuhi Zülfüqarovun rəhbərliyi altında Münhen şəhərinə yola düşüb.

Qeyd edək ki, turnirdə ölkəmizi 9 idmançı təmsil edəcək. Kişilər arasında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Məhərrəmli (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq) və Elcan Əliyev (80 kq), qadınlar arasında isə Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (49 kq) və Məryəm Məmmədova (53 kq) mübarizəyə qoşulacaqlar.

Geri qayıt