Qelebə.az / İmaməddin Xəlilov xüsusi mükafata layiq görülüb

İmaməddin Xəlilov xüsusi mükafata layiq görülüb

Dünən, 22:05

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov xüsusi mükafata layiq görülüb.

Apasport.az xəbər verir ki, Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə Avropanı təmsil edən 8 Olimpiya və Paralimpiya çempionuna xüsusi mükafat təqdim edilib.

Mükafata layiq görülən idmançılar arasında Azərbaycanı təmsil edən İmaməddin Xəlilov da yer alıb.

Geri qayıt