Qelebə.az / Polşalı futbolçu "Qarabağ"la oyunu buraxacaq

Polşalı futbolçu "Qarabağ"la oyunu buraxacaq

12-02-2023, 09:00

Belçikanın "Gent" klubunun futbolçusu Kamil Pyontkovski Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.

"QELEBE.AZ" "Voetbalkrant" nəşrinə istinadən xəbər verir ki, buna 23 yaşlı müdafiəçinin çempionatın XXV turunda "Vesterlo" ilə 3:3 hesablı heç-heçə etdikləri matçda zədələnməsi səbəb olub.

52-ci dəqiqədə polşalı oyunçunu Yens Petter Hauge əvəzləyib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq. Daha əvvəl Darko Lemayiçin hər iki matçda iştirak etməyəcəyi dəqiqləşib.

Geri qayıt