Qelebə.az / Yurgen Klopp "Liverpul"da yeni rekorda imza atıb

Yurgen Klopp "Liverpul"da yeni rekorda imza atıb

14-02-2023, 09:08

İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yurgen Klopp yeni rekorda imza atıb.

"QELEBE.AZ"un məlumatına görə, 56 yaşlı mütəxəssis buna Premyer Liqanın XXIII turunda "Everton"u 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Almaniyalı baş məşqçi Mersisayd təmsilçisində 250-ci qələbəsini qazanıb. Bunu 414-cü oyunda bacaran Klopp klub tarixinə düşüb.

Daha əvvəl "Liverpul"a rəhbərlik etmiş mütəxəssislərdən Bob Peysli 250-ci qələbəsini 448-ci, Bill Şenkli 472-ci, Tom Uotson isə 539-cü qarşılaşmada əldə edib.

Geri qayıt