20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bu, U-20-nin baş məşqçi Ruy Jorjenin rəhbərliyi altında ilk matçı olacaq. Görüş saat 17:30-da başlanacaq.
Qeyd edək ki, U-20 millimiz Qəbələdəki hazırlıq prosesini iyunun 10-da başa vuracaq
Yoxlama oyunu
17:30
Azərbaycan U20 - Pakistan U20
Qəbələ Şəhər Stadionu