Qelebə.az / Azərbaycan Ağırlıqqaldırma Federasiyası daha iki məktəbi avadanlıqla təmin edib

Azərbaycan Ağırlıqqaldırma Federasiyası daha iki məktəbi avadanlıqla təmin edib

11-06-2026, 12:13

Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən federasiyaya müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.

QELEBE.AZ xəbər verir ki, daha 2 məktəb avadanlıqla təmin olunub.

Avadanlıqlar "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və "Təhsil" Respublika İdman Mərkəzinin Bakıda yerləşən 5 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə təhvil verilib.

Geri qayıt