Qelebə.az / Təxirə salınmış oyunda "Gəncə" basketbolçuları qələbə qazanıblar

Təxirə salınmış oyunda "Gəncə" basketbolçuları qələbə qazanıblar

14-02-2023, 21:23

Azərbaycan BAsketbol Liqasında XV turdan təxirə salınmış oyun keçirilib.

"Report"un məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində "Gəncə" "Olimpik Şəki" ilə qarşılaşıb. Görüş qərb təmsilçisinin 89:76 hesablı qələbəsi ilə tamamlanıb.

Ən məhsuldar basketbolçular "Gəncə"dən Amil Həmzəyev (21 xal, 12 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (22 xal, 8 ribaund) olublar.

Geri qayıt