Qelebə.az / Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi

Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi

14-06-2026, 22:36

Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır. 

QELEBE.AZ xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub.

7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib.

Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq. 

Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq.

Geri qayıt