Qelebə.az / PSJ-nin futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

PSJ-nin futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

15-02-2023, 11:51

Fransanın PSJ klubunun futbolçusu Varren Zair-Emri UEFA Çempionlar Liqasının tarixinə düşüb.

"Report"un məlumatına görə, yarımmüdafiəçi buna Almaniya "Bavariya"sına qarşı 1/8 final mərhələsinin ilk matçında meydana çıxmaqla nail olub.

Zair-Emri qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində iştirak edən ən gənc oyunçu adına sahib çıxıb. Fransalı futbolçu bunu 16 yaş 343-cü günündə bacarıb.

Qeyd edək ki, qarşılaşma Münhen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. "Bavariya" və PSJ arasındakı cavab görüşü martın 8-də olacaq.

Geri qayıt