Qelebə.az / Qazaxıstan millisində ayrılıq: Baysufinovun istefası qəbul olundu

Qazaxıstan millisində ayrılıq: Baysufinovun istefası qəbul olundu

22-06-2026, 16:38

Qazaxıstan millisinin baş məşqçisi Talqat Baysufinov vəzifəsindən ayrılıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

57 yaşlı mütəxəssisin istefası qəbul olunub. Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasının baş məşqçisi təyin edilmişdi.

Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, bu, Talqat Baysufinovun Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, daha əvvəl 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.

Geri qayıt