Qelebə.az / Messi yenə fərqləndi - Matçın ən yaxşısı seçildi

Messi yenə fərqləndi - Matçın ən yaxşısı seçildi

4-07-2026, 05:14

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

QELEBE.AZ xəbər verir ki, FIFA argentinalı ulduzu qarşılaşmanın ən yaxşı oyunçusu elan edib.

Messi bu görüşdə 1 qol vurub, 1 qol ötürməsi edib və Argentina 3:2 hesablı qələbə ilə 1/8 finala yüksəlib.

Qeyd edək ki, Argentina növbəti mərhələdə Misirlə qarşılaşacaq.

Geri qayıt