Qelebə.az / Höccət Haqverdi: "Avstriya və Belçika ilə oyunlarda işimiz çox çətin olacaq"

Höccət Haqverdi: "Avstriya və Belçika ilə oyunlarda işimiz çox çətin olacaq"

18-02-2023, 14:50

"Hər ikisi yaxşı komandadır, keyfiyyətli oyunçulara malikdir. Əlbəttə ki, işimiz çox çətin olacaq".

Bunu "QELEBE.AZ"a müsahibəsində Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Höccət Haqverdi AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə qarşı keçirəcəkləri F qrupunun oyunları barədə danışarkən deyib.

30 yaşlı müdafiəçi bildirib ki, hazırda yığmada ab-hava çox yaxşıdır: "Uğurlu nəticələr əldə etmişik. Futbolçuların motivasiyası yüksəkdir. İnanıram ki, əla işlər bacaracağıq".

Təcrübəli oyunçunun sözlərinə görə, seçmə mərhələdə zəif rəqib yoxdur: "Fikrimcə, hətta Estoniya ilə oyun da asan olmayacaq. Çox çalışmalıyıq. Bütün görüşlərdə yaxşı nəticə əldə etmək potensialına malikik".

Qeyd edək ki, martın 24-də Avstriyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra səfərdə Belçika ilə qarşılaşacaq.

Höccət Haqverdinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Geri qayıt