Qelebə.az / İdmançımız Bolqarıstanda gümüş medal qazanıb

İdmançımız Bolqarıstanda gümüş medal qazanıb

16-07-2026, 14:23

Bolqarıstanda keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində suya tullanma üzrə yeniyetmələrdən ibarət yığmanın üzvü Mehri Ağayeva uğurlu çıxış edib.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü qızlar arasında E qrupu üzrə bir metr tramplindən tullanma növündə mübarizə aparıb.

O, 115,20 xal toplayaraq yarışı ikinci pillədə başa vurub və gümüş medal qazanıb.

Geri qayıt