Qelebə.az / "Bavariya" yeni səfər formasını təqdim etdi - FOTO

"Bavariya" yeni səfər formasını təqdim etdi - FOTO

20-07-2026, 13:57

Almaniyanın "Bavariya" klubu 2026/2027 mövsümü üçün yeni səfər formasını təqdim edib.

Apasport.az xəbər verir ki, adidas tərəfindən hazırlanan yeni forma əsasən ağ rəngdədir. Dizaynda klubun 1990-cı və 2000-ci illərin əvvəllərində istifadə etdiyi formaların üslubundan ilham alınıb. Köynəkdə tünd göy və qırmızı detallara, həmçinin adidasın klassik "Trefoil" loqosuna yer verilib.

Münhen təmsilçisi qarşıdakı mövsümdə səfər oyunlarına bu formada çıxacaq.

Geri qayıt