Qelebə.az / Azərbaycan boksçularının “Strandja” turnirində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının “Strandja” turnirində ilk rəqibləri bəlli olub

20-02-2023, 10:53

Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçiriləcək “Strandja” beynəlxalq turnirinin püşkü atılıb.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, bu gün start götürəcək ənənəvi A kateqoriyalı yarışda Azərbaycan idmançılarının da rəqibləri bəlli olub.

Təmsilçilərimizdən ilk gündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxacaq.

“Strandja” turnirində 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparacaq. Yarışın qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.

Bolqarıstan, “Strandja” turniri
1/8 final
20 fevral

Günel Rəhimova (48 kq) – Qloria Dameyda (Fransa)
Anaxanım İsmayılova (50 kq) – Laura Fernandes (İspaniya)
Məhsəti Həmzəyeva (57 kq) – Vinakşi (Hindistan)
Şəhla Allahverdiyeva (66 kq) – Çarli Kavana (Kanada)

1/16 final
21 fevral

Malik Həsənov (63,5 kq) – Şpetim Bayoku (Kosovo)

1/8 final
22 fevral

Məhəmməd Abdullayev (+92 kq) – Yordan Morehon (Bolqarıstan)
Zeynəb Rəhimova (54 kq) – Yuliya Koroli (Moldova)

1/2 final
25 fevral

Aynur Rzayeva (+81 kq) – Monika (Hindistan)

Geri qayıt