"Kəpəz"də yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, komanda Ümid Səmədovla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, futbolçu 2028-ci ilin yayınadək bölgə təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Ümid Səmədov ötən mövsüm "Kəpəz"in heyətində 27 oyun keçirib.