“Kəpəz” qapıçısı ilə müqaviləni yenilədi “Kəpəz” heyətində daha bir futbolçunun müqaviləsini uzadıb.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi qapıçı Elgün Bayramovla mövsümün sonunadək yeni anlaşma imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qolkiper geridə qalan mövsümdə “Kəpəz”in heyətində 2 oyunda meydana çıxıb.