Qelebə.az / KL: “Qarabağ” “Dinamo”ya qarşı - YENİLƏNİR

KL: “Qarabağ” “Dinamo”ya qarşı - YENİLƏNİR

Bu gün, 09:54

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyuna çıxacaq.

Apasport.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasının qonağı olacaq.

Polşanın Lublin şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Danimarkadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi

21:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Morten Kroq

Baş hakimin köməkçiləri: Steffen Bramsen, Viktor Skitte

Dördüncü hakim: Yakob Karlsen

VAR: Yakob Kehlet

AVAR: Yens Maae

(Hakimlər briqadası Danimarkadandır)

Lublin stadionu

Geri qayıt