Qelebə.az / Mövsümöncəsi məşqlərə qatılmaqdan imtina edib

Mövsümöncəsi məşqlərə qatılmaqdan imtina edib

Bu gün, 18:02

İtaliyanın “Napoli” klubunun hücumçusu Romelu Lukaku mövsümöncəsi hazırlıq prosesinə qatılmaqdan imtina edib.

QELEBE.AZ xəbər verir ki, 33 yaşlı futbolçu yay transfer pəncərəsi bağlanana qədər Neapol təmsilçisindən ayrılmağa ümid edir.

Belçika millisinin üzvü ilə ABŞ-nin “Atlanta Yunayted” klubu maraqlanır.

Lukaku karyerasını davam etdirmək üçün digər variantları da nəzərdən keçirir.

Geri qayıt