Qelebə.az / Millimiz Estoniyanı məğlub edib

Millimiz Estoniyanı məğlub edib

Bu gün, 14:57

Qızlardan ibarət U-18 millimiz Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatının B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Estoniya seçməsi ilə qarşılaşıb.

QELEBE.AZ xəbər verir ki, yığmamız gərgin mübarizə şəraitində keçən görüşdə 74:71 hesabı ilə qalib gəlib.

Matçın ən dəyərli basketbolçusu (MVP) millimizin üzvü Polina Şukina seçilib. O, qarşılaşmada 19 xal və 16 ribaundla yadda qalıb.

Qeyd edək ki, qızlarımız son oyununu avqustun 9-da Bakı vaxtı ilə saat 12:00-da Norveç seçməsinə qarşı keçirəcək.

Geri qayıt