“Atletiko”nun futbolçusu Tyaqo Almada karyerasını vətənində davam etdirəcək.
Apasport.az xəbər verir ki, “River Pleyt” argentinalı vingerin transferini rəsmiləşdirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buenos-Ayres təmsilçisi 25 yaşlı futbolçu üçün “Atletiko”ya 20 milyon dollar təzminat ödəyib. Almada ilə 2029-cu ilin sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, “Atletiko” Tyaqo Almadanı 2025-ci ilin yayında Braziliyanın “Botafoqo” klubundan 21 milyon avroya transfer etmişdi. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 40 matça çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.