Qelebə.az / Millimizin üzvü “Turan Tovuz”da - RƏSMİ

Millimizin üzvü “Turan Tovuz”da - RƏSMİ

Bu gün, 17:13

"Turan Tovuz" heyətini yeni oyunçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, komanda Rahil Məmmədovu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Milli komandamızın üzvü ilə 1+1 illik müqavilə bağlanıb. 

Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən müdafiəçi karyerası ərzində  “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib.

Geri qayıt