Rumıniya çempionatında IV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" "Otselul"u qəbul edib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Lundulu vurub
Cəlal Hüseynov 75-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, bu qələbədən sonra "Petrolul" 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.