Qelebə.az / Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak edəcəklər

Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak edəcəklər

Bu gün, 12:26

Çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan yığma komandaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Apasport.az xəbər verir ki, FIVB reytinq xalları qazandıracaq yarış 11-16 avqust tarixlərində Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.

Turnirdə ölkəmiz baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə bir qadın (Səbinə Əlizadə/Leyla Əliyeva) və bir kişi (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Geri qayıt