Qelebə.az / “Yuventus” seçim qarşısında – iki ukraynalı qapıçı siyahıda

“Yuventus” seçim qarşısında – iki ukraynalı qapıçı siyahıda

Bu gün, 11:53

“Yuventus” yeni qapıçı axtarışlarını davam etdirir.

Apasport.az xəbər verir ki, Turin təmsilçisi namizədlər siyahısına Ukrayna millisinin üzvləri Andrey Lunin və Anatoli Trubini də daxil edib.

“La Gazzetta dello Sport”un məlumatına görə, “Yuventus”un əsas hədəfi hazırda “Parma”nın 23 yaşlı qapıçısı Dzion Suzukidir.

"Qoca sinyora" yaponiyalı qolkiperi ən azı bir mövsümlük icarəyə götürmək istəyir. Lakin Suzukinin PSJ-yə keçməyə yaxın olduğu bildirilir.

Bu transfer baş tutmayacağı təqdirdə “Yuventus” Lunin variantına yönələ bilər. Ukraynalı qapıçı “Real”dakı vəziyyətindən razıdır, amma daha çox oyun praktikası qazanmaq istəyir. Buna görə də Turin klubundan konkret təklif alacağı halda, keçid variantını nəzərdən keçirə bilər.

Trubin də “Yuventus”un geniş siyahısında yer alıb. 2023-cü ildən “Benfika”da çıxış edən qapıçıya maraq olsa da, hazırda Lunin daha prioritet namizəd hesab olunur.

Qeyd edək ki, “Yuventus”un baş məşqçisi Luçano Spalletti yeni əsas qapıçının bu həftə ərzində komandaya qoşulmasını istəyir.

Geri qayıt