“Şahdağ Qusar” Şamaxıda təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
QELEBE.AZ xəbər verir ki, bölgə təmsilçisi avqustun 10-dan 25-dək Şamaxıda hazırlıq keçəcək.
Komanda toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Füzuli Məmmədovun yetirmələri avqustun 14-də “Mingəçevir”, 19-da “Ordu”, 24-də isə “Şimal”la qarşılaşacaq.
Qeyd edək ki, “Şahdağ Qusar”ın hazırlığının ilk mərhələsi iyulun 20-də Bakıda baş tutub.