“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İngiltərə klubu “Sportinq”in müdafiəçisi Usman Diomandeni transfer edib.
22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Sözləşmədə anlaşmanın daha bir mövsüm uzadılması bəndi də yer alıb.
Premyer Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəyib.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan müdafiəçi ötən mövsüm Portuqaliya çempionatında 17 matçda meydana çıxıb.