"Neftçi” basketbol klubu Azərbaycan millisinin üzvü Cəbrayıl Əkbərovu heyətinə cəlb edib.
QELEBE.AZ xəbər verir ki, 24 yaşlı basketbolçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb.
194 sm boya malik hücumçu ötən mövsüm “Gəncə”nin şərəfini qoruyub. O, Azərbaycan millisinin heyətində beynəlxalq arenalarda, o cümlədən AVRO-2029-un ilkin seçmə mərhələsində ölkəmizi təmsil edib.
