Qelebə.az / "Siti"dən 34 yaşlı qapıçı transferi

"Siti"dən 34 yaşlı qapıçı transferi

Bu gün, 15:01

Argentina millisinin qapıçısı Xeronimo Rulli karyerasını İngiltərədə davam etdirəcək.

Teleqraf xəbər verir ki, 34 yaşlı qolkiper “Marsel”dən “Mançester Siti”yə keçib.

İngiltərə klubu onunla 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. “Şəhərlilər" bu keçid üçün qarşı tərəfə 3,5 milyon avro ödəyib.

Qeyd edək ki, Rulli daha əvvəl də “Mançester Siti”nin futbolçusu olub. Argentinalı qapıçı 2016-17-ci illərdə İngiltərə klubuna məxsus olsa da, əsas komandada meydana çıxmayıb.

Geri qayıt