Qelebə.az / Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar

Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar

Bu gün, 15:56

Azərbaycan milli komandasının üzvləri Hidayət Heydərov və Nizami İmranov Niderlandın Papendal şəhərində təşkil olunan Olimpiya Təlim Düşərgəsinə qatılıblar.

Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli rəhbərlik edir.

Müxtəlif ölkələrdən yüksək səviyyəli cüdoçuların iştirak etdiyi düşərgə intensiv məşqlər və randori sessiyalarından ibarətdir. Toplanış milli komandamızın üzvləri üçün beynəlxalq səviyyəli rəqiblərlə birgə məşq etmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və qarşıdakı yarışlara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Papendaldakı Olimpiya Təlim Düşərgəsi avqustun 14-dək davam edəcək.

Geri qayıt