Xavi Ernandes Niderland millisinin baş məşqçisi təyin olunub.
Apasport.az xəbər verir ki, Niderland Kral Futbol İttifaqı 46 yaşlı ispaniyalı mütəxəssislə 2030-cu il dünya çempionatına qədər müqavilə imzalandığını açıqlayıb.
Xavi bu vəzifədə Ronald Koemanı əvəzləyib. Koeman 2026-cı il dünya çempionatından sonra Niderland millisindən ayrılıb.
Bu, Xavinin məşqçilik karyerasında milli komanda səviyyəsində ilk işi olacaq.
Qeyd edək ki, ispaniyalı mütəxəssisin son iş yeri “Barselona” olub. O, 2021–24-cü illərdə Kataloniya klubuna rəhbərlik edib.