Qelebə.az / Konfrans Liqası: “Qarabağ” bu gün “Dinamo” Kiyevlə cavab oyununa çıxır

Konfrans Liqası: “Qarabağ” bu gün “Dinamo” Kiyevlə cavab oyununa çıxır

Bu gün, 10:35

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

QELEBE.AZ xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. İngiltərədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Lublində baş tutan ilk oyunda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi (cavab oyunu)

13 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)

Baş hakim: Styuart Ettuell

Baş hakimin köməkçiləri: Yan Hussin, Nik Qrinhalq

Dördüncü hakim: Lyuis Smit

VAR: Peter Benks

AVAR: Ceyms Bell

Tofiq Bəhramov adına Respublika Stadionu

Geri qayıt