Qelebə.az / İspaniya Superkuboku İstanbulda keçiriləcək – Yarımfinal cütləri açıqlandı

İspaniya Superkuboku İstanbulda keçiriləcək – Yarımfinal cütləri açıqlandı

Bu gün, 15:18

İspaniya Superkubokunun 2027-ci ildə keçiriləcəyi məkan bəlli olub.

QELEBE.AZ xəbər verir ki, turnir Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Oyunlar fevralın 2-7-si aralığında Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Yarımfinal mərhələsində “Real Sosyedad” “Real Madrid”lə, “Barselona” isə “Atletiko” ilə üz-üzə gələcək.

Qeyd edək ki, İspaniya Superkubokunda 4 komanda mübarizə aparacaq. Turnirin qalibi final görüşündən sonra müəyyənləşəcək.

Geri qayıt