“Trabzonspor”un futbolçusu Ernest Muçi zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Albaniyalı yarımmüdafiəçi məşq zamanı sol budunun ön hissəsində ağrı hiss edib. Müayinələr nəticəsində həmin nahiyədə qanama və şişkinlik aşkarlanıb.
Qeyd edək ki, Ernest Muçi “Trabzonspor”a “Beşiktaş”dan keçib.