Qelebə.az / “İnter”də ayrılıq: “Latsio” yolunda

“İnter”də ayrılıq: “Latsio” yolunda

Dünən, 19:49

“Latsio” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

QELEBE.AZ xəbər verir ki, Roma təmsilçisi “İnter”in yarımmüdafiəçisi Davide Frattesini transfer edəcək.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

“Latsio” italiyalı futbolçunu bir mövsümlük icarəyə götürəcək. Razılaşmaya 14 milyon avro məbləğində satınalma bəndi də daxil edilib.

Qeyd edək ki, Davide Frattesi 2023-cü ilin yayından “İnter”in formasını geyinir. O, Milan klubunun heyətində keçirdiyi 122 matçda 15 qol vurub və 12 məhsuldar ötürmə edib.

Geri qayıt