"Fənərbaxça" qapıçısı İrfan Can Eğribayatla yollarını ayırıb.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı qolkiperin transferi ilə bağlı "Gənclərbirliyi" ilə razılığa gəldiyini rəsmən açıqlayıb.
"Fənərbaxça" 2022/23 mövsümündən komandanın formasını geyinən futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
İrfan Can Eğribayat 2022-ci ildə "Göztəpə"dən icarə əsasında "Fənərbaxça"ya qoşulmuş, daha sonra İstanbul klubu onun transfer hüquqlarını almışdı.